Home Gündəm Zaurun oğlundan ŞOK ADDIM – Atasının bank kartından pulları çəkərək …

Zaurun oğlundan ŞOK ADDIM – Atasının bank kartından pulları çəkərək …

142
0

Zaur Kamal aparıcısı olduğu “5/5″də azyaşlı oğlunun ona vurduğu külli miqdarda ziyandan danışıb.

PEYK.AZ milli.aza istinadən xəbər verir ki, aparıcı efirə hirsli başlayıb.

Zaur qəzəbli olmağının sirrini efir vasitəsi ilə açıqlayıb:

“Bu gün çox əsəbləşdim. İndi də əsəbiyəm. Ümumiyyətlə, “uşaq nədir, fişəng nədir?” məsələi var, düzdür. Uşağı çox da ərköyün böyütmək lazım deyil. İndiki zamanda hansı atadan soruşuram, deyir uşağa sözlə tərbiyə verirəm. 

Bu gün kartdan bizim uşaq 800 manat pul çıxardıb. İnternetdə oyun kartlarıdı nədi, nə bilim. 49 dollar bir, 59 dollar bir, 70 dollar bir. Toplam 800 manatlıq. Alışmayım neyləyim?! İndi gedəndə görüm mənə nə cavab verəcək? 800 manatı boş-boş oyunlara xərcləyib. Döyməklə əmələ gəlməz uşaq. Amma nə isə etmək lazımdır.

Bu gün zəng etmişəm banka. Deyir “Sənin kartın kimdə olub? Kimin əlində olub, o da xərcləyib” Sonra baxıram ki, oyunlara xərcləyib o qədər pulu. Buradan üzümü valideyinlərə tutub demək istəyirəm ki, uşağa bank kartı filan göstərməyin. Günah bizdədir ki, bahalı telefon alıb veririk. Ona sözümü evdə deyəcəm”.

Qeyd edək ki, Zaurun Bartu və Rüstəm adlı iki oğlu var.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here