Zelenski Putinə güzəştə getməyəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə keçiriləcək “Normand formatı” sammitində rusiyalı həmkarı Vladmir Putinə güzəştə getməyəcək.

Zelenski Putinə güzəştə getməyəcək
https://peyk.az

“RBK- Ukraina” yazır ki, bu sözləri Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Danilov Rusiya tərəfinin sammitdə çıxış edərək rəsmi Kiyevin qondarma Donbas respublikaları ilə birbaşa əlaqələrə getməsi üçün hər şeyi edəcəyinə əminliyini olduğunu qeyd edib.

“Mən əminəm ki, Prezident Zelenski tərəfindən orada dövlətimizin xeyrinə olmayan heç bir güzəşt addımı görməyəcəyik”, - Danilov bildirib.