Zibilliyin qarşısı bu yolla alınacaq

1950-ci illərdən bu günə qədər kosmosa minlərlə raket və çox sayda peyk göndərilib. Raketlərin dağıntılarından və yararsız peyklərdən yaşadığımız planetdə böyük bir zibillik yaranıb. Yer planeti hazırda kosmik zibillik təhlükəsi ilə üz-üzədir.

Zibilliyin qarşısı bu yolla alınacaq
https://peyk.az

Peyk.az xəbər verir ki, bu zibilliyin qarşısını almaq üçün ABŞ-ın Vaşinqton əyalətində yerləşən “Tethers Unlimited” şirkəti “Terminator Tape” adlanan bir cihaz hazırlayıb.



Bu alət təxminən 70 metrlik elektrik keçirici lentdən ibarətdir. Lent sayəsində sürtünmə qüvvəsi artır və peykin Yer kürəsinə düşməsi təmin olunur.

“Tethers Unlimited” şirkətinin baş icraçı direktoru Rob Hoyt təkmilləşdirdikləri cihazın kosmos zibillərini təmizləmək üçün əhəmiyyətli bir missiyanı həyata keçirəcəyini bildirib.

Şirkət uğurlu testlərin ardından digər aviasiya şirkətləri ilə əməkdaşlıq etmək istədiyini vurğulayıb. Bundan əlavə, “Termanitor Tape”-in çəki baxımından yüngül və aşağı büdcəli texnologiya olduğu da ifadə olunub.