Zidanın böyük oğlu yeni kluba keçdi

Zinəddin Zidanın böyük oğlu Enzo Zidanın yeni klubu məlum olub.

Zidanın böyük oğlu yeni kluba keçdi
https://peyk.az

Peyk.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını "Almeriya"da davam etdirəcək. Məlumatı  klubun saytı yayıb. Fransalı futbolçunun müqaviləsinin detalları açıqlanmayıb.

Qeyd edək ki, E.Zidan 2014-2017-ci illərdə "Real"ın gənclərdən ibarət komandasında çıxış edib. O bu mövsümün ilk yarısını isə "Aves"də keçirib. Zidan bu müddət ərzində portuqaliya təmsilçisinin heyətində 11 oyuna çıxaraq 2 qol vurub.

Əlavə edək ki, "Almeriya" İspaniyanın 2-ci liqasında mübarizə aparır və hazırda 45 xalla 2-ci yeri tutur.