Zirzəmidən 40-dan çox cəsəd tapıldı - Mexikoda DƏHŞƏT

Meksika polisi paytaxt Mexikonun Tepito rayonunda tükürpərdən olayın üstünü açıb.

Zirzəmidən 40-dan çox cəsəd tapıldı - Mexikoda DƏHŞƏT

 Lenta.ru-ya istinadən xəbər veririk ki, narkokartellərdən birinin gizli zirzəmisindən 40-dan çox insana aid cəsəd qalıqları aşkarlanıb. Həmin rayonda keçirilən əməliyyat nəticəsində 31 narkokartel üzvü həbs edilib.

Məlumata görə, zirzəmidən cəsədlərlə yanaşı müxtəlif qədim Afrika dinlərinə aid totemlər də aşkarlanıb.