Zərdabda karantini pozanlardan ikisi həbs edildi, 15-i cərimələndi

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. “Report” xəbər...

Zərdabda karantini pozanlardan ikisi həbs edildi, 15-i cərimələndi

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

“Report” xəbər verir ki, polis əməkdaşları istər rayon ərazisində, istərsə də kəndlərdə gücləndirilmiş iş rejiintellect ə mütəmadi reydlər həyata keçirirlər.

Xəbərdarlıqlara məhəl qoymayaraq xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində isə inzibati qaydada tədbir görülür.

Belə ki, təkcə son bir gün ərzində rayon ərazisində 15 şəxs karantin qaydalarını pozduğu üçün barəsində inzibati qaydada protokol tərtib edilərək cərimələnib, iki nəfər isə inzibati qaydada 10 gün müddətinə həbs edilib.