Zukerberq Vatsapdan pul qazanmaq üçün yeni planını açıqladı

Feysbukun baş icraçı direktoru Mark Zukerberq 2014-cü ildə satın aldığı Vatsap üzərindən pul qazanmağın müxtəlif yollarını düşünür.

Zukerberq Vatsapdan pul qazanmaq üçün yeni planını açıqladı
https://peyk.az

Peyk.az xəbər verir ki, Zukerberq hazırda Hindistanda geniş istifadə olunan “WhatsApp Pay” tətbiqini inkişaf etdirməyə davam edəcəklərini bildirib.

Gənc rəhbər Vatsap vasitəsilə pul göndərməyin bir foto göndərmək qədər asan olması üçün əllərindən gələni edəcəklərini qeyd edib.

İstifadəçilər Vatsap profillərindəki müəssisələrin məhsul kataloqu olan “WhatsApp Pay” vasitəsi ilə alış-veriş edə biləcək. Beləliklə, Vatsap bu satınalmalara görə komissiya haqqı tutacaq.